Ermənistanın şimalında yerləşdirilən 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı məsələ gündəmdə deyil, - respublikanın baş naziri Nikol Paşinyan deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Bundan əvvəl Paşinyan Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, ona görə də İrəvanın orada iştirakının dondurulduğunu bildirib.

“Rusiya bazasına gəlincə, biz bunu hazırda müzakirə etmirik”, - baş nazir qeyd edib.

Paşinyan izah edib ki, baza Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində fəaliyyət göstərmir.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102-ci Aleksandr Nevski ordeni hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında dövlətlərarası müqavilə əsasında yaradılıb. 2010-cu ildə tərəflər bu müqaviləni 2044-cü ilə qədər uzadıblar.

Gümrüdəki baza MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi kimi döyüş növbətçiliyindədir.

Bazanın yanında hərbçi ailələrinin - 4000-ə yaxın insanın yaşadığı "8-ci qəsəbə" yaşayış massivi yerləşir. Hərbi bazanın aviasiya komponenti Erebuni aerodromunda yerləşir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN