Avropa İttifaqı yeni sanksiyalar paketi çərçivəsində KXDR-in Xalq Silahlı Qüvvələri naziri Kanq Sun Nama qarşı şəxsi məhdudiyyətlər tətbiq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Rusiya tərəfinə iddia edilən ballistik raketlər və digər silahların tədarükünə görə tətbiq edilən sanksiyalara Şimali Koreyanın müdafiə departamentinin rəhbərinə viza qadağası və aktivlərinin dondurulması daxildir.
KXDR-in müdafiə naziri ilə yanaşı, Aİ-nin yeni sanksiya siyahılarına “Şimali Koreyadan Rusiyaya silah daşınması ilə bağlı 10 rus şirkəti və fiziki şəxsləri” daxil edilib.
Moskva əvvəllər Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlığa dair ittihamlarını dəfələrlə və qəti şəkildə rədd edib. Xüsusilə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl Vaşinqtonun Pxenyanın Moskvaya hərbi yardım göstərməsi ilə bağlı iddialarını şayiələr adlandırmışdı.
E.ŞİRİNOV