Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Xidmətdən Tezadlar.az-a verilən məlumata görə, Naxçıvan və Ağsu regional miqrasiya idarələri tərəfindən Naxçıvan, İsmayıllı və Kürdəmirdə yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.
Eyni zamanda müvəqqəti yaşama icazəsi ilə bağlı yaşayış sahəsi verən şəxslərin razılıq ərizəsi, həmçinin şəxslərdən müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib.
R.XUDATQIZI