Hazırda əksər ölkələrin maraqlarını nəzərə almaqla BMT-ni müasir şəraitə uyğunlaşdırmaq lazımdır.

Tezadlar.az lenta.ru-ya istinadən xəbər verir ki, qurumda islahatların aparılmasının səbəbini Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin açıqlayıb.

Verşininin fikrincə, BMT islahatları çərçivəsində Afrika və Latın Amerikası ölkələrinin səsi nəzərə alınmalıdır.

Bundan əlavə, əksər ölkələrin maraqlarına hörmət edilməlidir və buna görə də Rusiyanın təşkilatda yalnız hərbi ittifaqların üzvü olan dövlətlərin maraqlarını irəli sürməsi qəbuledilməzdir.

Xarici işlər nazirinin müavini əlavə edib ki, BMT-də islahat “gecikmiş” və artıq bu məsələ ilə bağlı hökumətlərarası danışıqlar aparılır.

Verşinin vurğulayıb ki, təşkilatın yeni reallıqlara uyğunlaşdırılması üçün daha çox konsensus lazımdır, çünki bu prosesdə səhvlər yolverilməzdir.

Sentyabrın sonunda Avropa Şurasının rəhbəri Çarlz Mişel BMT Təhlükəsizlik Şurasının daha effektiv və təmsilçi olması və yeni dünya müharibəsinin qarşısının alınması üçün islahatların aparılmasına çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN