ABŞ bir neçə ərəb ölkəsi ilə birlikdə İranla atəşkəs və Yaxın Şərqdə sülhün bərpası ilə bağlı gizli danışıqlar aparır.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Telekanal bildirir ki, sülh təşəbbüsü tərəflərin “bütün cəbhələrdə eyni vaxtda” barışmasını nəzərdə tutur. Eyni zamanda, İsrail bu danışıqlarda tərəf deyil, lakin onların gedişatı barədə məlumatlandırılır.

Aydın olub ki, Təl-Əviv bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik Vaşinqtona bildirməyib. Yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, İsrail güclü mövqedədir, buna görə də atəşkəs onun şərtləri əsasında baş tutacaq, o cümlədən şiə Livanın “Hizbullah” qruplaşmasının qüvvələrinin Litani çayı üzərindən çıxarılması və qrupun sərhəd yaxınlığındakı bütün hərbi infrastrukturunun məhv edilməsi ilə baş tutacaq.

“Livanın mövqeyi İsrail hava qüvvələrinin Beyruta zərbələr endirməyə başlamasından sonra İsraillə barışıq və Qəzza zolağında atəşkəs tələbindən imtina lehinə dəyişməyə başlayıb”, – yüksək rütbəli Qərb diplomatı bildirib.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun cənub ətrafı ilə sərhəddəki Hadat bölgəsindəki binaya zərbələr endirib. Livanın paytaxtı bir neçə gündür ki, hücuma məruz qalır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN