İsrail Livandan Yəhudi Dövlətinin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki evinə doğru pilotsuz uçan aparatın buraxılmasından sonra bəzi hökumət rəsmilərinin hərəkəti ilə bağlı sayıqlıq səviyyəsini artırıb və təlimatları sərtləşdirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, “şəxsi təhlükəsizlik bölməsi dövlət məmurları üçün sayıqlıq səviyyəsini artırıb” və təhlükəsizlik blokundan kənar liderlər üçün “səyahət təlimatlarını sərtləşdirib”.

İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib ki, şənbə günü pilotsuz uçuş aparatı Netanyahunun Qeysəriyyədəki evinə doğru buraxılıb. O qeyd edib ki, insident zamanı heç bir itki olmayıb və hücum zamanı “baş nazirin özü və həyat yoldaşı evdə olmayıb”.

Günün əvvəlində İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Livandan İsrail ərazisinə üç pilotsuz uçuş aparatının buraxıldığını, onlardan ikisinin tutulduğunu, digərinin isə Qeysəriyyə bölgəsində binaya çırpıldığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN