Ukrayna silahlı qüvvələri Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutub və yerli sakin yaralanıb.

Tezadlar.az xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbədən danışıb.

Özünümüdafiəçilər barotravması olan bir şəxsi Şebekinski Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Orada ona ilkin tibbi yardım göstərilib. Təcili yardım briqadası zərərçəkmişi Belqoroda, 2 saylı şəhər xəstəxanasına aparır. Yaralıya hər cür köməklik göstərilir.

İlkin müəyyən edilib ki, iki mərmi atəşi zamanı dörd yaşayış binasına və dörd fərdi yaşayış evinə, iki qeyri-yaşayış binasına və bir ticarət obyektinə ziyan dəyib. Binaların pəncərələri sındırılıb, fasadlar, dam örtüyü və hasarlar uçub. Müəssisələrdən birində anbarın dam örtüyü sınıb. Üç avtomobil qəlpələrdən zərər görüb.

Rayon rəhbəri əlavə edib ki, fəsadlar barədə məlumatlar dəqiqləşdirilir. Yerli administrasiya və əməliyyat xidmətləri şəhərdə patrul xidmətini davam etdirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN