Avropa Parlamentinin deputatları Gürcüstanda baş verdiyi iddia edilən “antidemokratik” və “anti-Qərb” prosesləri tənqid edən sərt qətnamə qəbul etdilər, avropalı deputatlar isə ölkədə “Stalinə pərəstişin artdığını” gördülər.

Tezadlar.az bildirir ki, bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri xəbər verir.

Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı ikitərəfli sanksiyalara çağırışlar da daxil olmaqla ümumilikdə “iyrənc” və “utanc verici” adlandırdığı qətnamədə “Stalinə pərəstişin artması və bununla əlaqədar SSRİ-yə həsrətin artması ilə bağlı narahatlıq” ifadə edilir.

Bunun arxasında “Rusiya ilə sıx əlaqələrini önə çəkən” “hökumət dəstəyi”nin olduğu bildirilir.

Çərşənbə günü səhər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin qətnaməsinə qarşı kəskin çıxış edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN