Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pulunu mənimsəyən Babək rayon sakini Məmmədbağır Babayev saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, faktlarla bağlı araşdırmalar aparılır.

M.Babayevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə "102” Zəng Mərkəzinə və ya Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN