Dağıstanda mikroavtobusun toqquşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Həkimlər zərərçəkənlərdən birini xilas edə bilməyiblər.
Tezadlar.az bildirir ki, bu barədə “Rossiyskaya qazeta”-ya regional Səhiyyə Nazirliyindən məlumat verilib.
Həyati vacib orqanların çoxsaylı yaraları ilə birgə zədə almış qırx yaşlı kişi saatlarla davam edən əməliyyat və reanimasiyadan sonra dünyasını dəyişib.
Xatırladaq ki, qəza ötən cümə axşamı respublikanın Xasavyurt rayonunun Mutsalaul kəndi yaxınlığında baş verib. Xarici avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxaraq “Qazel”lə toqquşub.
Xasavyurt xəstəxanasında qəza nəticəsində 15 nəfərin müalicəsi davam edir, onlardan ikisinin vəziyyəti ağırdır. Onların vəziyyəti stabilləşdikdən sonra Mahaçqaladakı tibb müəssisəsinə çatdırılması planlaşdırılır.
E.ŞİRİNOV