Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki,16.10.2024-cü il tarixində saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Məlumata görə, ona dəqiqləşdirilməmiş hipoteniziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN