18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə regionlarda silsilə tədbirlər həyata keçirilir.

Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, Oktyabrın 15-də  Ağsu şəhəri 4 saylı tam orta məktəbində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, təşkilatçı qurumların nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

Oktyabrın 16-da Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycan dövlət müstəqilliyinin bərpası- 33 ili dəyərlərimizin təminatı” mövzusunda baş tutan tədbirə isə  DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və gənclər qatılıblar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın dövlətçilik ənənələrindən, xalqımızın işğalçılara qarşı tarixən apardığı azadlıq mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışılıb. Qeyd edilib ki, Şərqdə ilk demokratik respublikanı da 1918-ci ildə bizim xalqımız yaradıb. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verib, irqi, milli, dini bərabərsizliyi aradan qaldırıb, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.

O da bildirilib ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib və həmin gün Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməkdədir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN