Kalmıkiyada regional fövqəladə vəziyyət tətbiq edilib.

Tezadlar.az bildirir ki, bu barədə respublikanın başçısı Batu Xasikov özünün Telegram kanalında məlumat verib.

“Mənim tapşırığım əsasında vəziyyətlə bağlı araşdırma aparılıb, nəticədə, məlum olub ki, 9 rayon bələdiyyəsinin ərazisində torpaq quraqlığı yaranıb”, - deyə rayon rəhbəri bildirib.

O izah edib ki, fövqəladə vəziyyət tətbiq etməklə hakimiyyət fermerlərin fəaliyyətinin risklərini minimuma endirir.

“Kənd təsərrüfatının intensiv formalarının sürətlə və ardıcıl inkişafının davam etdirilməsi vacibdir”, - deyə Xasikov əmin edib.

Sentyabrda quraqlıq səbəbindən Bryansk vilayətində də fövqəladə vəziyyət tətbiq edilib. Quraqlıq 21 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin məhvinə səbəb olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN