Litva hərbi qarşıdurma zamanı qadağan olunmuş piyada əleyhinə minalardan istifadə imkanını istəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanı general Raymundas Vaiksnoras danışıb.
“Əgər döyüşməli olsaydıq, bu, ekzistensial təhlükə olardı. Belə bir şəraitdə piyada əleyhinə minalar da daxil olmaqla istənilən vasitəyə haqq qazandırmaq olar”, — Vaikşnoras “Jinyu Radiyas” radiostansiyasında efirdə deyib.
Litva piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmağı nəzərdən keçirir və digər Baltikyanı ölkələrin də oxşar addımlar atmasına nail olmağa çalışır. Piyada və maşın əleyhinə minaların xeyli ziyan vurduğu məlumdur.
E.ŞİRİNOV