booked.netbooked.net booked.net  

Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Kremlə gündə 160 milyon avroya başa gəlir, Rusiyanın itkiləri Helsinki Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) tərəfindən hesablanıb.

Bu barədə Bloomberg yazır.

Fevralın 5-dən neft məhsullarına məhdudiyyət tətbiq edildikdə itirilmiş mənfəət gündə 280 milyon dollara yüksələcək. Bunu ekspertlər proqnozlaşdırırlar. CREA-nın aparıcı analitiki Lauri Müllivirta "Aİ-nin neft qadağası və qiymət tavanı nəhayət qüvvəyə minib, onların təsiri gözlənildiyi qədər əhəmiyyətli oldu" deyib.

Yanvarın əvvəlində məlum oldu ki, Urals neftinin Rusiyanın əsas ixrac növü “Brent” markalı neftdən demək olar ki, iki dəfə ucuz satılır. Yanvarın 6-da Primorskda Urals neftinin bir bareli 37,80 dollara satılıb.

Urals neftinin qiyməti Aİ-nin Rusiya neftinin dəniz daşımalarına embarqo tətbiq etməsindən, həmçinin G7 ölkələri, Aİ, Avstraliya, Norveç və İsveçrənin də qoşulduğu 60 dollar/barel qiymət tavanından sonra kəskin şəkildə aşağı düşüb.

Kənan ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN