Ötən il Rusiyadan Çinə boru kəməri ilə nəql olunan qazın dəyəri 2,63 dəfə artaraq 3,98 milyard dollar təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.

Bildirilir ki, Pekinə boru kəməri qazı satan ölkələr arasında Türkmənistan birinci yeri tutmaqda davam edir: il ərzində bu dövlətdən Çinə tədarük 10,25 milyard dollar (artım 51 faiz) təşkil edib. İkinci sırada - Rusiya Federasiyası. Onları Myanma (1,43 milyard dollara qədər artım 1,3 faiz), Qazaxıstan (1,08 milyard dollara qədər azalma 4 faiz) və Özbəkistan (1,07 milyard dollara qədər artım 33,9 faiz) izləyir.

Dekabrda Rusiyadan Çinə boru kəməri qazının tədarükü pul ifadəsində 434,38 milyon dollara çatıb ki, bu da noyabr ayı ilə müqayisədə 3,3 faiz azdır.

Rəsmi məlumata görə, 2021-ci ildə Rusiya boru kəməri qazının Çinə tədarükü 2,54 dəfə artaraq 7,53 milyon tonu ötüb. Pekinin Moskvadan aldığı alışların dəyəri il ərzində 1,51 milyard dollara (artım 2,37 dəfə) çatıb.

Ötən il Çin departamentinin onlayn sistemində boru kəməri qazı idxalının fiziki həcmi, əvvəlki illərdən fərqli olaraq, verilməyib.

Bundan əvvəl bildirilmişdi ki, dekabrın 7-də “Qazprom” “Sibirin gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükü rekordunu yeniləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN