Litva fermerləri südün daha yaxşı alış qiymətləri tələbi ilə etiraza qalxıblar.
Lakin onların bəziləri bu etirazlarını südü pulsuz paylayaraq, bəziləri isə nümayişkaranə şəkildə yerə tökərək nümayiş etdirir....
Bu barədə LRT xəbər yazıb.
Süd fabrikləri və supermarketlərin qarşısında keçirilən aksiyalarda iştirakçılar plakatlarla dayanıb biznesləri üçün “xaçlar” qurur, bəzi fermerlər südləri pulsuz paylayırlar. Bəzi iştirakçıların şərh etdiyi kimi, qiymət 50% aşağı düşdü və buna görə təsərrüfatlar iflas ərəfəsində idi.
Digər etirazçılar tarlalara süd tökür, bəziləri deyir ki, artıq bir neçə ton südü tarlaya töküblər.
Etirazın bu forması müxtəlif reaksiyalarla qarşılanıb. Fikirlər isə müxtəlifdir. Tənqidçilər hesab edirlər ki, bu südü itirməkdənsə, xeyriyyəçiliyə bağışlamaq daha yaxşı olardı, digərləri deyirlər ki, hər kəs etiraz formasını seçmək hüququna malikdir, çünki paylanması üçün bir çən süd daşımaq da əlavə xərcdir, bəziləri isə hesab edir ki, məmurlar problemi daha yaxşı görsünlər deyə, “arxlara yox, Seymin qabağına” süd tökməyə dəyər...
Süd emalı ilə məşğul olan sahibkarlar alış qiymətlərini aşağı salmağa məcbur olduqlarını hazır məhsulun ixrac qiymətinin aşağı düşməsi ilə izah edirlər.
Latviya Kənd Təsərrüfatı Nazirliyi fermerlərin daha yaxşı danışıqlar mövqeyinə malik olması üçün qanunvericiliyə dəyişiklik edəcəyini vəd edir.lalara səpən fermerlərlə dil tapmaq mümkün olmayıb
Amma fermerlərin etiraz tərzindən görünür ki, südü satmaq əvəzinə tarlalara səpən süd istehsalçıları ilə hələlik dil tapmaq mümkün olmayıb...
JASMİN