Ötən gecə Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Belə ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 4 yük və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.MBu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Azərbaycanın Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki aydır fasiləsiz olaraq davam edir. Ötən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq 63-cü günüdür.