Taxıl sövdələşməsinin iştirakçıları Rusiyaya verilən vədləri, o cümlədən ixrac əməliyyatları üçün bank xidmətləri ilə bağlı öhdəlikləri yerinə yetirmədilər.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiyaya vəd edilənlər baş tutmadı. Burada ədalətli olmalıyıq”, - deyə o vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, hazırda ixrac əməliyyatları üçün bank xidmətləri problemi ABŞ, Böyük Britaniya və BMT ilə də müzakirə olunur, çünki Rosselxozbank SWIFT-dən ayrılıb.

“Məqsəd problemi həll etmək və müqaviləni saxlamaqdır. Ruslar “Gözləntilərimizi doğrult” deyərək müddəti 60 gün uzadıblar. Biz deyə bilmərik ki, ruslar yanılır”, - Türkiyənin xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, Rusiya, Türkiyə və Ukrayna arasında taxıl sazişi 2022-ci ilin yayından qüvvədədir və bu, Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracının bərpasına töhfə verib. 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putin saziş çərçivəsində ixrac edilən Ukrayna taxılının 45%-nin Avropa ölkələrinə, yalnız 3%-nin isə ehtiyacı olan Afrikaya getdiyinə diqqət çəkib.

Martın 20-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Moskvanın növbəti uzadılma müddətini 60 günə endirmək qərarına gəldiyini bildirib. Müddətlərin azaldılması əməliyyat şərtlərinin dəfələrlə pozulması ilə əlaqədar olub. Rusiya rəsmiləri Togliatti-Odessa ammonyak boru kəmərinin işləmədiyinə, Rusiyanın taxıl və gübrələrini beynəlxalq bazarlara çıxarmaq imkanı əldə etmədiyinə diqqət çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN