booked.net booked.net  

Məlum olduğu kimi, ABŞ dollarının digər valyutalar qarşısında gün-gündən güclənməsi inflyasiyanın artmasına da təsir etməkdədir…

***

 Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18.7 faiz, Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür.

 Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

 O, qeyd edib ki, region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur.

Vüqar Bayramovun sözlərinə görə, profsit və tərəfdaş ölkələrdə kursun dəyişməsi nəticəsində manat 5.1% möhkəmlənib:

 “ Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görünsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır.

Tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsi bu ilin 5 ayında 5.1% möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur”,- deyə diqqətə çatdırıb.

 İqtisadçı bu dəfə də xatırladıb ki, Azərbaycan məzənnə rejiminə keçmədiyi üçün prosesə intervensiya etmək Mərkəzi Bankın səlahiyyətindədir.

Yəni manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılıdır.

 “Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”, - deyib.

Qeyd edək ki, bu gün də Moskva Valyuta Birjasında hərracların açılışında dolların məzənnəsi yenidən yüksəlib: ABŞ dollarıı 83,99 rubla satılır, lakin Avropa valyutası artıq 90 rubldan aşağıdır.


Belə ki, Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 1,75 qəpik artaraq 83,99 rubl təşkil edib.

Avro isə, əksinə, bir gün əvvəl bahalaşdıqdan sonra 12,5 qəpik itirib və hazırda 91,87 rubla satılır.

 

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN