booked.net booked.net  

Azərbaycanın kolbasa istehsalçıları istehsalı artırmaqda davam edirlər. İstehsal edilən məhsul ehtiyatı isə 30 tonu ötüb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-may aylarında ölkədə 10 920,6 ton kolbasa məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 10,8 faiz və ya 1 065,8 ton çoxdur.

Belə ki, may ayında 2 279,5 ton kolbasa məmulatları istehsal olunub. İyun ayının 1-nə hazır məhsul ehtiyatı 31,6 ton təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkədə 6 995,1 ton kolbasa  istehsal edilmişdi ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 9,1 faiz və ya 583 ton üstələmişdi.

Mart ayında isə 2 569,3 ton kolbasa məmulatları istehsal olunub və aprel ayının 1-nə hazır məhsul ehtiyatı 32,7 ton təşkil edib.

Maraqlıdır ki, ölkədə tonlarla ehtiyat kimi yığılmış kolbasa ehtiyatı fonunda idxal da artmaqdadır.

Qeyd edək ki, 10 gün öncə ümumi çəkisi 17,23 ton olan kolbasa məmulatlarının ilk partiyası Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana ixrac edilib.

İstehlakçıların xarici ölkələrdə istehsal edilən kolbasalara sevgisi azalmır, yerli istehsalçılarımız isə həmin istehlakçıların arzusunu gerçəkləşdirə bilmir...

Valyuta isə xarici ciblərə axmaqdadır...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN