booked.net booked.net  

Hesab edirəm ki, işçilərin: attestasiya və ya sertifikasiyadan keçirilməsi qaydaları, Əmək Məcəlləsində müddətli Əmək müqaviləsindən sonra olan ən böyük problemdir.

Bunu hüquqşünas Azər Quliyev TEZADLAR.AZ-a açıqlamasında bildirib.

 Azər Quliyev “ İşçilərin attestasiya və ya sertifikasiyadan keçirilməsi, bunun nəticəsində, hətta işçi ilə Əmək müqaviləsinin ləğv edilməsi nə dərəcədə ədalətli və məntiqlidir?” sualını aidiyyatı qurumlara ünvanlayıb.

 Onun fikrincə, ən ədalətsiz hal ondan ibarətdir ki, bu, Əmək Məcəlləsində nəzərdə tutulur.

 “ Bu halda maraqlı bir sual yaranır və bu sualı həll etmək nədən bu qanunları qəbul edənləri maraqlandırmır? Məgər hər bir işçi müvafiq vəzifəyə təyin olunarkən: mühəndis, müəllim, həkim və yaxud digərləri olsun, qanunvericiliklə nəzərdə tutulan qaydada: imtahan, test, müsahibə, qiymətləndirmə, sınaq müddəti və sair yoxlamalardan keçib, həmin vəzifəyə təyin olunmurmu?   Əgır işçi, qanunvericiliklə nəzərdə tutulan qaydada: imtahan, test, qiymətləndirmə, müsahibə, sınaq müddəti və s. yoxlamalardan keçib həmin vəzifəyə təyin olunursa və ya bu vəzifəyə layiqdirsə, bu halda həmin işçi əmək münasibətlərində olduğu müddətdə onun bilik və bacarığı, peşəkarlığı və təcrübəsi azalmır, əksinə artır. Bu halda nədən həmin işçi müəyyən müddət keçdikdən sonra attestasiya və ya sertifikasiyadan keçməli, keçə bilmədikdə isə Əmək müqaviləsi ləğv olunmalıdır?”, - deyib.

  

Hüquqşünas təkliflərini də verib: 

“ Kimsə deyə bilər ki, işlədiyi müddətdə elm, sənaye, tibb, təhsil və sair sahələrdə yeniliklər və inkişaf olunur və işçilər bunu bilməyə bilər və ya uyğunlaşmaya bilər. Lakin bunun da həll yolu var: müxtəlif seminar, təlim və ya kurslarla işçinin bu sahədə olan bilik və ya bacarığını artırmaq olar, nəinki Əmək müqaviləsini ləğv etmək...”, - deyib.

 O, diqqətə çatdırıb ki,  Attestasiya Komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında qərar qəbul edir - ikinci qərar isə onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi ilə nəticələnir.

 Azər Quliyev hesab edir ki, bu halda Attestasiya Komissiyası işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edə bilməz, həmin İşçinin bilik və bacarıqlarını, peşəkarlığını qiymətləndirə bilər.

Həmçinin vurğulayıb ki,  bu gün Əmək Məcəlləsində olan attestasiya və ya sertifikasiya barədə olan maddi hüquq normaları Əmək Məcəlləsindən çıxarılmalı və bu əsasla işçilərlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə əsassız və məntiqsiz müddəalar ləğv edilməlidir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN