booked.net booked.net  

Xaricdən ucuz mallar idxal edilsin, kasıblara sənəd verilsin və onlar üçün xüsusi supermarketlər açılsın...
***
MCP lideri, Milli Məclisin deputatı Razi Nurullayev Parlamentdə ölkədəki bahalaşma və onun aradan qaldırılması yolları ilə bağlı çıxış edib.
"Bazarlarda ciddi bahaçılıq var və həm də səbəbi dünyada gedən proseslərdir. Onun üçün də aparılan mübarizələrə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir və bu da əhalimizin kasıb hissəsini daha çox əzir. Hökumət tərəfindən, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür və bu yaxşıdır", - deyə Razi Nurullayev bildirib.
Deputatın fikrincə, bahalaşma ilə mübarizə aparmaq üçün xarici ölkələrə nümayəndələr göndərmək lazımdır və onlar da axtarıb həm ucuz, həm də keyfiyyətli mallar, məhsullar tapmalıdırlar ki, sonra ölkəyə idxal olunsun...
Razi Nurullayevin ikinci təklifi də rayonlarda, şəhərlərdə dövlətin nəzarətində olan- məhsulların, malların ucuz satılacağı  supermarketlər açılmas ilə bağlı olub. Və həmin mağazalara da əlində xüsusi sənədi olanlar buraxılsın ki, kasıbların vəziyyəti bu yolla düzəlsin. Deputat bu işin heç də çətin olmayacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, siyahı ƏƏSMN-də və yerli icra hakimiyyətlərində var...  
"Təklif edirəm ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyatı dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın.
Ikinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var", - deyib.
Belə görünür ki, bu qərarı parlamentdəkilər səs çoxluğu ilə dəstəkləsələr, kasıblar ağ günə çıxacaq və bütün bahalaşma problemləri də, inflyasiya da aradan qalxacaq...
Y.MƏMMƏDLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN