booked.net booked.net  

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 ildən çox müddətdə müxtəlif qurumlarla razılaşmadan keçirərək dövlət rəhbərinə təqdim etdiyi yeni qanun layihəsi ölkəmizin iqtisadi tarixində mühüm hadisədir. Obyektivlik naminə deyək ki, Məmməd Abbasbəylinin rəhbərlik etdiyi qurum cəmiyyətə və bütün müraciət edənlərə açıqdır, səmimi ünsiyyətə və peşəkar çalışamlara qadirdir, süni bürokratik zirehdən kənarda konfliktlərinn toqquşduğu mürəkkəb sahənin fəaliyyətini uğurla təşkil edirlər.

Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O, qeyd edib ki, hazırki yeni qanun layihəsi ölkəmizdə iqtisadi islahatların ən çox gözlənilən, ətrafında müxtəlif daxili və beynəlxalq təşkilatların müzakirə apardıqları ümummilli məsələyə həsr olunub.

 

Zahid Orucun sözlərinə görə, satınalmaların maliyyə tutumunun 6 milyarddan çox olması ölkədə korrupsiyanın azalması və digər səbəblər nəticəsində baş verib.

“Dövlət büdcəsinin dörddə birini təşkil edən satınalmaların ümumi maliyyə tutumunun 7 milyard manata yaxın olması o deməkdir ki, nəinki inhisara qarşı, eləcə də büdcənin xərclənməsində getdikcə artan ictimai nəzarət, xalqın qarşısında hesabatlılıq və aşkarlıq, o cümlədən korrupsiyanın azaldılması və qənaətli, effektiv xərclənmələrin həyata keçirilməsi son illərin nailiyyətləri hesab oiluna bilər”, -deyib.

O, vurğulayıb ki, satınalma prosesinin elektronlaşması məlumatlara əlçatanlıq yaratdığı üçün minlərlə müəssisə, firma, təşkilat üçün yeni fürsətlər açılıb və rəqabət mühitini genişləndirib və deməli, ölkəmizdə güclü sahibkarlıq subyektlərinin sayı və coğrafiyasının böyüməsinə şərait yaranıb.

“ Ötən onillərdə kağız daşıyıcılarda əksər hallarda hansı metodun tətbiqindən asılı olmayaraq, istər tender, istərsə də kotirovkaların formal xarakter daşıması müxtəlif nazirliklərin ətrafında qurulan və dövlət büdcə vəsaitələrinin yaxın şirkətlər vasitəsilə talanmasının indi xeyli dərəcədə qarşısının alınması inkarolunmaz faktdır. Hazırda bütün satınalma subyektləri- başda Prezident Administrasiyasından, Milli Məclisdən ucqar əyalətlərdə adi xidmət təşkilatlarına qədər, onların əməliyyatlarını elektron sistemlərdə izləmək, iştirak etmək və formalaşan obyektiv məlumat-data bazası əsasında satılanma siyasətinə dair hərtərəfli təhlillər aparmaq mümkündür. Əlbəttə, o da faktdır ki, rəqabət mühiti şəffaflıq və himayəsiz qurumların bərabər imkanlar qazanmasına şərait yaratdığı kimi, eyni zamanda öhdəlikləri yerinə yetirmək imkanları olmayan iddiaçıların da satınalmalarda qalib olması riskini də artırıb. Hesablama Platasının rəyində deyilir ki, belə hallarda dövlət satınalmaları ləngiyir, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyəti aşağı düşür, bəzən qalib iddiaçının, ümumiyyətlə müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən imtinası ilə bağlı risklərə yol açır”- o,bildirib.

Zahid Oruc diqqətə çatdırıb ki, yeni qanun layihəsi imkan verəcək ki, Azərbaycan beynəlxalq hesabatlarda öz mövqeyini yaxşılaşdırsın, çünki bir mənbədən istifadə üzrə reytinqlərdə ön yerdə olmaq qətiyyən müsbət hadisə sayıla bilməzdi.

Deputat izah edib ki, Qanunun tətbiq dairəsinin genişləndiriləcək və “dövlət vəsaiti” anlayışı “maliyyə vəsaiti” anlayışı ilə əvəz edilir.

“Bu da satınalan təşkilatının sərəncamında olan bütün növ pul vəsaitlərini ehtiva edir.

 Dövlət satınalmalarına nəzarətin gücləndiriilməsi üçün Antiİnhisar Qurumunun səlahiyyətləri genişləndirilir. Təkcə onu demək kifayətdir ki, əsaslandırılmış qərarlarla işləri yerinə yetirməyən, yaxud həvəskar qurumları etibarsız təchizatçıların reyestrinə daxil edilməsi gerçək rəqabətə yol açacaqdır və burada nəzarət qurumun əlavə hüquqların verilməsi əsaslıdır.

 Nəhayət, təkliflərin cəlb edilməsi müddətlərinin optimallaşdırılması imkan verəcək ki, büdcə ilə qarşıya qoyulmuş vəzifələr və öhdəliklər vaxtında və effektvi şəkildə yerinə yetirilsin. Söhbət 26.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilən müddətlərdən gedir”, -deyib.

Həmçinin deputat “Qanun layihəsində subyektiv qərarlara və manevrlərə fürsətlər minumuma enidilrib. Yəni, “uzaq ola bilər və verilə bilər” kimi konkretlikdən uzaq olan istilahlar azıldılıb ki, qanunu tətbiq edənlərin korrupsiya meylinə meydan açılmasın”, - deyə nəzərə çatdırıb.

“ Mövcud qanunun 6-ci maddəsi “Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər” xeyli mübahisəli, qeyri-şəffaf durumların yaranmasına rəvac verirdi. Bu maddədə əsas problem tələb olunan sənədlərin konkret nümunələri açıq olmaması, uyğunluq göstəricilərinə dair konkretliyin olmamasıdır. Ona görə də ixtisas göstəricilərinin qiymətləndirilməsi meyarları və prosedurları satınalan təşkilat tərəfindən deyil, normativ qaydada müəyyən oluna bilər”, - Zahid Oruc açıqlayıb.

Onun fikrincə, indiyədək satınalmaların üzərində ciddi ictimai və siyasi ittihamlardan biri qatılan şirkətin müvafiq sahə üzrə bazarda iştirakçılığı nəzərə alınmaması, daha dəqiq deyilsə, bir həftəyə, bəzən bir günə qeydiyyatdan keçən müəssisələrin dövlət satınalmasına qatıla və qazana bilməsi məsələsi idi:

“Əlbəttə, belə qurumların qarşısını almağa hazırki qanun imkan vermir, lakin indi belə subyektlərin müsabiqəyə qatılması satınalma metodlarına uyğun təsnifatlaşdırıla bilər. Məsələn, dəyəri müəyyən məbləği keçən satınalama müsabiqəsində şikətin bazarda iştirakçılığına dair konkret təcrübə dövrü qoyula bilər.

 Satınalma haqqında hesabatın tam şəkildə, yəni, satınalmalarda iştirak edən iddiaçıların qiymət təklifləri, bal sistemi üzrə sıralanması vahid internet portalında yerləşdirilə bilər ki, prosesin ətrafında şübhəçi ictimai və media sorğulamalarına tutarlı cavab olar.

 Təklifin ehtimal olunan qiymətdən 20% aşagi olması halında podratçıya soğru göndərmək müddəası ilə bağlı bir reallıq da hamıya bəllidir. Müsabiqəni qazanmaq üçün aşağı qiymət təklif edərək tenderi-kotirovkanı qazanan subyekt sonradan müxtəlif haqq tələb edir ki, prosesdən çıxsın. Bu zaman belə vəziyyət yaranır ki, sanki onlar elə bu məqsədlə yarışa qoşulublar. Ümidvarıq ki, Antiinhisar qurumu müəyyən reyestr formalaşdırcaq belə təşkilatlarla bağlı ki, onların yolunu bağlasın”, - Zahid Oruc bildirib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN