Naxçıvan Muxtar Respublikasında 7992 hektar əkinə yararsız torpaq sahəsində “Yaşıl enerji” layihələri reallaşdırılılacaq.

TEZADLAR.AZ xəbər verir ki, Naxçıvan Dövlət Energetika Xidmətinin məlumatına görə, MR-nın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması məqsədi ilə məsləhətçi şirkətlərin cəlb edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən dövlət satınalması həyata keçirilib.

MR-da “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi əkinə yararsız torpaq sahələri də müəyyənləşib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda MR-in "Yaşıl enerji" Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN