Bu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 faiz artaraq 9068,8 milyon manat olub.

TEZADLAR.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər veriri ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6827,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 889,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 90,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN