Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) təkcə onilliyin ən mühüm infrastruktur layihələrindən biri deyil.

Bu dəhliz Rusiya, İran və Hindistan arasında Azərbaycandan keçməklə ən səmərəli nəqliyyat əlaqələrini təmin edəcək, gələcəkdə Süveyş kanalı vasitəsilə ənənəvi marşrutları əvəz edəcək, nəqliyyat xərclərini azaldacaq və malların çatdırılma müddətini qısaldacaq.

 TEZADLAR.AZ xəbər veriri ki, bu fikri Rusiyanın baş naziri Mixail Mişustin bu gün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının İslamabadda (Pakistan) keçirilən iclasında çıxışı zamanı bildirib.

 “Rusiya MDB-dəki tərəfdaşları və İranla birlikdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini təşviq edir. Biz dəmir yolu, avtomobil və dəniz nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması üçün bütün kompleks tədbirlər həyata keçiririk.

Bu, ticarət üçün yeni imkanlar açacaq və biznesə əlavə üstünlüklər verəcək”, - deyə Mixail Mişustin qeyd edib.

 Rusiya hökumətinin başçısı bir neçə il əvvəl beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında sazişin qüvvəyə mindiyini xatırladıb, hansı ki, bu saziş logistika üçün çoxtərəfli icazələrin tətbiq ediləcəyi altı marşrutun işə salınmasını nəzərdə tutur və o ŞƏT ölkələrini fikir ayrılıqlarını aradan qaldırmağa və onu həyata keçirməyə başlamağa çağırıb.

 “Təəssüf ki, bu gün saziş yerinə yetirilmir. Biz həmkarlarımızı fikir ayrılıqlarını aradan qaldırmağa və razılaşmaların icrasına başlamağa çağırırıq. Bu, Avrasiya məkanında yol-nəqliyyat əlaqələrinin və yol şəbəkələrinin inkişafına töhfə verəcək”- Mişustin vurğulayıb

 Rusiyanın baş naziri əlavə edib ki, ŞƏT-ə üzv dövlətlərin iştirakı ilə mövcud mexanizmlərin təcrübəsini nəzərə alaraq, necə irəliləyəcəyini ətraflı müzakirə etmək lazımdır.

qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan, Özbəkistan və İran daxildir. Müşahidəçi dövlətlər - Əfqanıstan, Belarus və Monqolustan, dialoq üzrə tərəfdaşlar - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka.

Təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir və dünya əhalisinin 40 faizindən çoxunu birləşdirir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN