Sabiq maliyyə naziri, Professor Saleh Məmmədov bu suala belə aydınlıq gətirib:

- Mən Sizə bir cədvəl təqdim edirəm. Təqdim olunan bu cədvəl (Azərbaycan Respublikasının iqtisadi göstəricilərinin müqayisəli təhlili) ilk baxışda çox müəmmalı görünə bilər. Bu cədvəlin əhəmiyyəti haqqında bir neçə il əvvəl Azərbaycan mətbuatında məlumat vermişdim, Təəssüf ki, çox ciddi şübhə ilə qarşılanmışdı.

Ümumiyyətlə, bu çox əhəmiyyətli statistika və nəzəriyyə Azərbaycanda öyrənilmir, aparılmır. Cədvəlin birinci sütunu rəsmi statistikaya əsaslanır, amma göründüyü kimi, ölkənin real iqtisadi potensialını tam əks etdirmir. İkinci sütun göstəriciləri isə əksinə, real iqtisadi vəziyyəti daha dolğun əks etdirir, amma nə elmi cəhətdən, nə də nəzəri cəhətdən araşdırılmır. Həmin məlumatlar əksəriyyət ölkələrdə geniş araşdırılır, statistikası aparılır və planlaşdırma, proqnozlaşdırma zamanı fəal istifadə olunur. Əsas mahiyyəti Alıcılıq (satınalma) qabiliyyəti Pariteti (Purchasing Power Parity -PPP) nəzəriyyəsinə uyğun müəyyən olunmuşdur. Bu alıcılıq qabiliyyətinə görə ümumi daxili məhsulun (ÜDM), orta əmək haqqının, büdcənin və digər göstəricilərin statistikasına əsaslanan hesablama və proqnozlaşdırma texnikasını əhatə edən bir iqtisadi nəzəriyyədir (Purchasing power parity theory). Müxtəlif ölkələrin ÜDM-i, investisiya potensialı, inkişaf səviyyəsi müqayisə edilərkən dünya miqyasında PPP nəzəriyyəsi geniş istifadə olunur Bu çox əhəmiyyətli nəzəriyyəni 1920-ci illərdə İsveç iqtisadçısı, Stokholm Universitetinin iqtisadiyyat professoru Karl Gustav Cassel (20 oktyabr 1866 - 14 yanvar 1945) təqdim etmişdi. Almaniya, Macarıstan və Sovet İttifaqı kimi ölkələr Birinci Dünya Müharibəsi səbəbiylə həmin illərdə hiperinflyasiya yaşadı. Bu valyutaların alıcılıq qabiliyyəti kəskin şəkildə azaldı. Valyutalar ABŞ dolları kimi daha sabit valyutalara qarşı kəskin dəyərsizləşdi. Kasselin iqtisadi gerçəklik düşüncələrinin əsasında İngilis neoklassizmi və yeni yaranan İsveç məktəblərinin nümayəndələrinin fikirləri dururdu.

Bir çox hallarda, PPP fərqli ölkələrdə mal səbətinin qiymətinə uyğun valyutaların dəyərinin müqayisəsi sistemini və bu vaxt inflyasiya səviyyəsinin nəzərə alınması mexanizmini müəyyənləşdirir. PPP məzənnəsi inflyasiya, bazar məzənnəsi, yoxsulluq, tariflər, reytinq, güc, hərbi qüdrət və digər çoxsaylı amillər səbəbindən bazar məzənnəsindən fərqlənə bilər. Azərbaycanda real alıcılıq qabiliyyətinə əsaslanaraq müəyyən olunan iqtisadi potensial, statistikanın müəyyən etdiyi göstəricilərdən 4 dəfədən çox fərqlənir. Azərbaycanda PPP nəzəriyyəsinə uyğun statistika aparılmır, bu rəqəmlər yalnız BVF, Dünya bankı, ABŞ CİA tərəfindən aparılır və istifadə olunur. Əslində Azərbaycanın iqtisadi potensialını, dövlətin gücünü və hökümətin nailiyyətlərini daha yaxşı göstərdiyinə görə hökümət də PPP üzrə statistikanın aparılmasında, dünya ictimaiyyətinə və investorlara təqdim olunmasında daha maraqlı olmalıdı. Zənn edirəm yaxın zamanlarda buna başlamaqda ciddi fayda var.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN