...Başqasının adından sui-istifadələrə çox rast gəlmişik....
Amma başqa peşə adamımnın adını üzərinə götürənlərin isə aqibəti həmişə pis olub. Xüsusən də özünü polis, DTX, prokurorluq əməkdaşı kimi aparanların. Məsələn, Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib. Daxili İşlər Nazirliyindən erilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib. Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.
***
Maraqlı bir məsələdir: belə dələduzların demək olar 99 faizi əvvəllər məhkum edilmişlər olur... Bu isə o deməkdir ki, həbsxanalara düşən şəxs demək olar islah olunmur, əksinə, sanki yeni cinayətlər törətmək üçün daha da peşəkarlaşır. Bunu Azərbaycanın cinayətkarlığa qarşı mübarizə və törədilən cinayətlərin subyektlərinin şəxsiyyətinin təhlili göstərir. Deməli, bu sahədə ciddi islahatlara ehtiyac var.
A.Məmmədli