DİN 5-ci sinif sagirdinin oğurlanmasına cəhdlə bağlı araşdırmaya başlayıb...

Mehdiabadda 5-ci sinif şagirdinin məktəbdən oğurlanmasına cəhd olunması faktı araşdırılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb ki, azyaşlının qaçırılması cəhdi ilə bağlı məsələ nəzarətə götürülüb: "Bütün zəruri tədbirlər icra olunur. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək".

Hadisə Mehdiabad qəsəbəsində, Umudvar Əliyev küçəsində qeydə alınıb. Əjdər Hüseynov adlı şəxs 102-yə müraciət edərək bildirib ki, ötən gün saat 18 radələrində nəvəsi Z.Q. 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

Araşdırma aparılır, nazirlik əlavə məlumat veriləcəyini bildirib.

Onu da qeyd edək ki, adətən uşaq oğurluqları valideyndən pul almaq və yaxud daxili orqanların satılması ilə bağlı olur. Ötən illərin təcrübəsi də bunu göstərir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN