...Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı hadisə baş verib.

Belə ki, oğurluq etməkdə təqsirləndirilən F.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 7 il müdətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və F.Quliyeva məhkəmə iclas zalında həbs edilib. Zərərməkmişin mülki iddiası qismən (55 660 manat) təmin olunub. İttiham aktına əsasən, hadisə 2018-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, F.Quliyeva qonşusu M.Abbasovun evindən ümumilikdə 79 450 manatlıq oğurluq edib. Məhkəmədə ifadə verən F.Quliyeva özünü təqsirli bilmədiyini deyib. Xatırladaq ki, təqsirləndirilən qadının atası Tahir Qənbərov daha əvvəl daxili işlər orqanlarında çalışıb... Təəssüf ki, belə hallar da baş verir, ata hüquq mühafizə orqanında çalışır, cinayətkarlıqla mübarizə aparır, amma övlad cinayət törədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN