...Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili məhkəmə qarşısına çıxarılmasını, açıq məhkəmə prosesinin baş tutmasını və gürcü xalqı qarşısında həqiqəti demək istədiyini bəyan edib.

 Bu barədə sabiq prezidentin vəkili Nika Qvaramia bildirib. O, deyib ki, Saakaşvilinin Bidzina İvanişvilinin məhkəməsinə güvəni yoxdur, lakin təklifi var: "Saakaşvili bəyanatında bildirir ki, onun ədalətsiz olan məhkəmənin qarşısına çıxmaq hüququnu belə əlindən alıblar. O bildirir ki, Bidzina İvanişvilinin məhkəməsinə güvəni yoxdur. Halsız olmasına baxmayaraq, Saakaşvili məhkəmə qarşısına çıxarılmasını, açıq məhkəmə prosesinin baş tutmasını və gürcü xalqı qarşısında həqiqəti demək istəyir. O, bir daha bəyan etdi ki, Bidzina İvanişviliyə platforma təklif edib və bu platformada tam şəkildə iştirak edəcək. Burada xüsusi şəkildə yaradılmış məhkəmə nəzərdə tutulur. Aydın məsələdir ki, ölkə konstitusiyası xüsusi məhkəməni inkar edir, ancaq bu Saakaşvilinin və hakimiyyətin inandığı bir format olacaq. Sözügedən məhkəmə ədalətli və tərəfsiz olarsa, Saakaşvili gürcü xalqı qarşısında günahsız olduğunu sübut edəcək. Saakaşvili bu cür məhkəmədən qorxmur, Bidzina İvanişvili isə qorxur. Buna görə də İvanişvili bu cür məhkəmə ideasına imkan verməmək üçün maksimum çalışacaq", - deyə N. Qvramia bildirib.

Beləliklə, Gürcüstanın siyasi hakimiyyəti isə hələki bu təklifə reaksiya və ya rəsmi mövqe bildirməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN