İntihar heç bir halda problemdən çıxış yolu deyil...
Amma bu gün Bakıda intihara cəhd hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Azadlıq prospektində 2007-ci il təvəllüdlü Şükürlü Nəzrin Fanil qızı özünü hərəkətdə olan avtomobilin qarşısına atıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Gənclər arasında belə hallar əsasən valideyn nəzarətsizliyi üzündən baş verir...
A.Məmmədli