Qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib...

Buzovna qəsəbəsinin çimərlik ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Xidmətdən "Təzadlar"a bildirilib ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Buzovna bələdiyyəsi tərəfindən vətəndaş Gündüz İsmayılovun istifadəsinə verildiyi və “Kamaz” markalı 21-BD-701, 90-DV-484 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən 1012,5 m3 həcmində qanunsuz qum daşındığı və təbiətə 42 525 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Təbii sərvətlərin qanunsuz daşıması ilə təbiətə böyük ziyan vurulur ki, bunun qarşısı alınmalıdır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN