Saakaşvilinin məsələsi artıq çoxdandır dünya siyasətinin tərkib hissəsinə çevrilib, amma...

Artıq Avropa İttifaqına üzv olan 27 ölkə Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı Gürcüstan hökumətinə müraciət edib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski məlumat yayıb. Səfirin sözlərinə görə, İsveçin Gürcüstandakı səfiri ilə birlikdə Avropa İttifaqının rəsmi demarşını ədliyyə nazirinə təqdim ediblər. Belə ki, Brüsseldə Avropa İttifaqına üzv olan 27 ölkənin hamısı müraciətlə bağlı razılığa gəliblər. Sitat: “Avropa İttifaqına sədrlik edən ölkəni təmsil edən İsveçin səfiri ilə birlikdə biz ədliyyə nazirinə rəsmi demarşı çatdırdıq. Demarş Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlıdır. Biz onun səhhətinin pisləşməsi ilə bağlı xəbərlərdən çox narahatıq. Çox vacib olan odur ki, Avropa İttifaqına üzv olan 27 ölkənin hamısı bu demarşla razılaşsın”.

"Təzadlar" xatırladır ki, səfir Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb: “Ədliyyə naziri ilə çox açıq və səmimi söhbətimiz oldu. Biz 27 üzv dövlətin razılaşdırdığı Avropa İttifaqının mövqeyini təqdim etdik. Ədliyyə naziri bizə Gürcüstan hökumətinin keçmiş prezidenti Mixeil Saakaşvilinin hüquqlarını qorumaq istiqamətində gördüyü işlər barədə məlumat verdi”.

Ekspertlər güman edir ki, Saakaşvilinin xarici ölkələrdən birində müalicəsi ilə bağlı, gec də olsa Gürcüstanın siyasi hakimiyyəti son qərarını verəcək. Gözlənilir ki, bu qərar müsbət olacaq. O da bəllidir ki, Gürcüstan prezidenti xanım Salome də məhkəmənin son qərarından ciddi narazılığını bildirmişdir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN