Çin 2023-cü ildə “Asiya Kuboku”nu keçirmək istəmədiyini bildirib.

Tezadlar.az Championat.com-a istinadən xəbər verir ki, Çin 2023-cü ildə “Asiya Kuboku”na ev sahibliyi etməyəcək.

Asiya Futbol Konfederasiyasının (AFC) açıqlamasında bildirilib ki, turnirin keçirilməsindən imtinaya səbəb ölkədəki ağır epidemioloji vəziyyətdir.

Xatırladaq ki, qitənin hər yerindən 24 milli komandanın iştirakı ilə 4 ildən bir keçirilən “Asiya Kuboku” 2023-cü il iyunun 16-dan iyulun 16-dək Çinin 10 şəhərində keçirilməli idi.

Asiya turnirinin yeni məkanı daha sonra açıqlanacaq.

Turnir sonuncu dəfə 2019-cu ildə keçirilib. Qətər Asiya Kubokunun hazırkı qalibidir. Turnirin ən titullu komandası Yaponiya millisidir. Yaponiyanın “Asiya Kuboku”nda dörd qələbəsi var.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN