Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

22:45. Belarus - Azərbaycan

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN