Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbərliyi, başda Saleh Məmmədov olmaqla, Avstriyanın paytaxtı Vyanada səfərdədir...
Tezadlar.az AHF-nin Mətbuat Xidmətinə istinadla bildirir ki, Federasiyanın prezidenti Saleh Məmmədov, I vitse-prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi bu gün EHF-in prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşüb.
Qitə həndbol qurumunun baş ofisində keçirilmiş görüşdə Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əmkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin, EHF-də fəaliyyət göstərən komisiyalarda təmsilçilik müzakirə olunub. Sabah davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə ediləcək. Bu gün ba. tutan görüş zamanı Azərbaycan həndbolundan bəhs edən videoçarx da nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən AHF prezidentinə hədiyyələr təqdim edilib.
Sabah isə komandamızı maraqlı görüş gözləyir.
A.Məmmədli