booked.net booked.net  

"Təzadlar"ın rəsmi saytının 23 avqust tarixli buraxılışında Qəbələ-İsmayıllı yolunun Ağsu hissəsində İsmayıllı rayonunun adını bildirən iri lövhədəki eybəcərliyin neçə aylardır davam etdiyini yazmışdıq...

Belə ki, Girdimançayı keçəndən bir qədər sonra  yolun solunda illər öncə qoyulmuş və artıq rəngi tam olaraq soluxmuş lövhədəki “Yaxşı yol” yazısındakı iki sözün 3 hərfi yoxa çıxmışdı (fotoşəkil təqdim olunur). Ağsunu keçib Girdimançaya yaxınlaşanda isə yuxarıda barəsində söz açdığımız lövhənin digər üzündə, yəni əks tərəfində isə “İsmayıllı rayonu” sözündəki “y” hərfi yerində yox idi (fotoşəkil təqdim olunur). https://tezadlar.az/index.php/en/video-news/journalists/asif-memmedov/20437-nahi-d-bagirovun-i-smayillidan-x-b-ri-varmi

***

 Həmin ərazidən keçən sürücülərdən biri redaksiyamızın elektron poçtuna bir videogörüntü göndərib. Yazır ki, "Təzadlar"ın tənqidindən nəticə çıxaran İsmayıllı rayon İH başçısı Nahid Bağırov nöqsanı dərhal aradan qaldırıb: "...Mən həmin ərazidən keçirdim, sizin yazıdan xəbərim var idi. Təsadüfən həmin ərazidə bir neçə məmur qiyafəli şəxsi gördüm. Zənnimcə, biri də icra başçısı Nahid Bağırov idi. O, nəsə göstəriş verirdi. Bir gün sonra həmin ərazidən keçəndə isə nöqsanların aradan qaldırıldığını gördüm. Sağ olun ki, tənqidiniz nəticə verdi...".

"Təzadlar"ın baş redaktoru Asif Mərzili məlum hadisə barədə bunları dedi:

-Bəli, tənqid bəhs edilən nöqsanın aradan qaldırılması üçündür. Ola bilər ki, İsmayıllının icra başçısı Nahid Bağırov həmin yoldan ötəndə buna diqqət kəsilməyib, amma bu işlərə cavabdeh məmurlar var, niyə onlar belə ciddi məsələyə reaksiya verməyiblər? Yaxşı, birdən həmin yoldan cənab Prezident İlham Əliyev keçəydi, onda nə olardı? Mən oxucularımız adından Nahid Bağırova təşəkkür edirəm ki, "Təzadlar"ı diqqətlə izləyir və bu yazını oxuyan kimi dərhal əraziyə gedib və nöqsan tezliklə aradan qaldırılıb...

Elçin MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA