Bir neçə müddətdir dəyərli Salih KURT-un rəhbərliyi ilə fəaliyyətə başlamış Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsi (USSAM) artıq Türkiyə Prezidenti sayın R.T.Əroğanın xeyir- duasını almış oldu...

Xatırladırıq ki, bu barədə Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinin media departamentinin rəhbəri, USSAM prezidentinin köməkçisi dəyərli Yasimin KURT "təzadlar"a göndərdiyi məktubunda bəhs edib. Məktubda deyilir:

"Dəyərli KASSAK (Qarabağ Müharibə Cinayətlərini Araşdırma Komissiyası.RED.) və USSAM (Uluslararası Savaş Suçlarını Araşdırma Məhkəməsi Komissiyasının üzvləri: məlumat üçün diqqətinizə çatdırıram ki, KASSAK Komissiyasının və USSAM Hüquq Şurasının sədri cənab Av. Cənab Mustafa Kuranın sədrliyi ilə 2 saylı İstanbul Vəkillər Kollegiyamızın sədri, Av. Yasin Şamlının da olduğu bir komitə ilə USSAM Məhkəmə araşdırmalarımızı ifadə edən Sənədlər sayın Prezidentimiz R.T.Ərdoğanın şəxsi təsdiqinə təqdim edilmişdir. Beynəlxalq Müharibə Cinayətlərinin İstintaq Tribunallarının yaradılmasından çox məmnun olduğunu deyən möhtərəm Prezidentimiz R.T.Ərdoğan Komissiyamızın fəaliyyətə başlaması üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Fəaliyyətimizi izləyən çox hörmətli Prezidentimizə, eləcə də maksimum səyi ilə bizə fəaliyyətimizdə dəstək verən və işləməyə sövq edən hörmətli Hüquq Kollegiyasının sədri, Av. Cənab Mustafa Kurana və Vəkillər Kollegiyamızın sədri cənab Av. Yasin Şamlıya dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə:. Yasemin KURT, 
vitse -prezident,
USSAM Media Şurasının sədri
XXX 

"Kıymetli KASSAK Komisyonu ve USSAM Mahkemeleri Komisyonu Üyelerimiz;

KASSAK Komisyonu ve USSAM Hukuk Kurulu Başkanımız Sayın Av. Mustafa Kuran Beyefendi başkanlığında, İstanbul 2 Nolu Baro Başkanımız Sayın Av. Yasin Şamlı'nın da yer aldığı bir kurul ile, USSAM Mahkemesi çalışmalarımız Sayın Cumhurbaşkanımız R.T.Erdoğan’ın bizzat tensiplerine sunulmuştur. Uluslararası Savaş Suçları Araştırma Mahkemeleri'nin kurulması hususunda büyük bir memnuniyet duyduğunu belirten Sayın Cumhurbaşkanımız R.T.Erdoğan, çalışmalara başlamamız yönünde talimat vermiştir. Çalışmalarımızı takip etmekte olan Sayın Cumhurbaşkanımıza, azami gayretleriyle bizlere çalışma şevki veren Kıymetli Hocamız, Hukuk Kurulu Başkanımız Sayın Av. Mustafa Kuran Beyefendi'ye ve Baro Başkanımız Sayın Av. Yasin Şamlı'ya teşekkürlerimizi bir borç biliriz.

Yasemin KURT
Başkan Yardımcısı
USSAM Medya Kurulu".

XXX 

"Təzadlağr" xatırladır ki, USSAM- ın təsisçisi dəyərli Salih KURT hələ 2020-ci ilin sentyabrın 27- də Qarabağda başlayan Vətən savaşı günlərində daim bizimlə əlaqə saxlamış, hər gün göndərdiyimiz zəfər müjdəli xəbərləri Türkiyə və dünya mediasında müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmışdır. O, ilk dəfə olaraq Ermənistanın Qarabağda törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verilməsi üçün Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasını təsis etmişdir. Bir müddət sonra isə ermənilərin hərbi cinayətlərinə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsi məqsədilə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsini təsis etmişdir. Artıq adı çəkilən məhkəmənin fəaliyyətinə Türkiyə Prezidenti sayın R.T.Ərdoğan tərəfindən xeyir- dua verilmişdir. Bu böyük nailiyyətdir.

Sonda onu da qeyd edək ki, "Təzadlar" qəzetinin iki əməkdaşı, qəzetin baş redaktoru Asif Mərzili və qəzetin şöbə redaktoru Yasəmən Məmmədli USSAM-ın Azərbaycan təmsilçiləri və media tərəfdaşlarıdırlar.

Elbar ŞİRİNOV

32d7516d-c933-42ae-8826-5570e1e626fb

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN