"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

"ABZAS MEDİA" ƏMƏKDAŞININ HƏBS MÜDDƏTİ UZADILDI

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar ...

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ İSRAİLİ ƏBƏDİ OLARAQ İRANDAN QORUYA BİLƏCƏKMİ?

ABŞ administrasiyası İsrail rəhbərliyinə Amerika təyyarədaşıyıcılarının İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib. ...

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ  NAHARI OLUB

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ BİRGƏ İŞÇİ NAHARI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. ...

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN "ENİ S.P.A" ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə ...

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

ONLAR SÜNİ İNTELLEKT STANDARTLARINA DAİR SAZİŞ İMZALAMAĞA QƏRAR VERİB

Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (Sİ) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA... (FOTOLAR)

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ HƏBS EDİLDİ

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib.

MEDİA

06-Sent-2024 By Asif Memmedov

"…

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova

Detay

Aidiyyəti dövlət qururmları niyə Hacı İbrahimin “Xəzər adaları” xarabalığına əncam çəkmək istəmir???

…Təbii ki, hər bir vətənpərvər, yəni Vətəninin sosial-iqtisadi, maliyyə-büdcə... təəssübünü çəkən istəməməlidir ki, dövlətin və ya ictimaiyyətin milyonluq, milyardlıq əmlakı göz görə-görə batıb məhv olsun... Amma 11 ildir Xəzər dənizinin ləpədöyənində 11 il əvvəl təməli qoyulmuş milyardlıq əmlak məhv olub gedir. Söhbət iş adamı kimi vaxtilə medianın dilindən düşməyən Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu "Xəzər adaları"nın uzun illərdir əzər dənizinin sahil sularında məhv olub gedən göydələnlərindən gedir...

***

Gəlin azacıq keçmişə qayıdaq: 2011-ci ildə Azərbaycanın bəzi rəsmi və qeyri-rəsmi KİV-ləri Bakıda, Xəzər dənizinin ləpədöyənində 3 min hektar ərazini əhatə edəcək “Xəzər adaları” adlı inanılmaz bir layihəyə start verildiyini yazırdı… Bu layihənin baş qəhrəmanı isə Hacı İbrahim Nehrəmli idi… Və ölkənin üzdə olan KİV-ləri az qala hər gün Hacı İbrahimin 100-150 milyard dollara başa gələcək utopik  layihəsindən yazırdı. Hacı İbrahimin ofisindən reportajlar qəzet manşetlərini bəzəyirdi…

Hacının səxavətli münasibəti jurnalistləri necə həvəsləndirmişdisə, onlar tanınmış tikinti mütəxəssislərindən Abşeron kimi seysmik zonada hündürlüyü 1000 metr (təxminən 270 mərtəbəli) hündürlüyündə belə bir binanın tikilməsinin mümkünlüyünü belə soruşmağı "unutmuşdular"… Hacı isə hər gün özü haqqında yazılan əfsanələrdən bihuş kimi idi və Çin, Türkiyə, Kanada, ABŞ, Qətər… kimi ölkələrin iş adamlarını şirnikləndirib Bakıya gətirtmişdi ki, onun əfsanəvi layihəsinə pul töksünlər. Həmçinin özü də həmin ölkələrdə səfərlərdə olurdu, yatırım, tikinti… sövdələşmələri aparırdı. İlkin müqavilələr də imzalanırdı... Bir sözlə, Azərbaycanda az qala hamı bu əfsanəvi layihənin gələcəyindən, həyata necə vəsiqə alacağından danışırdı. 

Azərbaycan üçün belə bir tikinti layihəsi haqqında məlumat və məqalələr, yazılar, maraqlıdır ki, ölkənin hüquq mühafizə, MTN kimi belə strateji məsələlərə diqqətli olan bir dövlət qurumunun gözünün önündə yazılırdı. Və kimsə demirdi və heç soruşmaq da istəmirdi ki, milyardlar xərclənəcək bu layihə Qarabağ problemli bir ölkə üçün çoxmu vacibdir?! Və, təkrar edirəm, hamı susurdu... Necə ki, indi yüz milyonlar xərcənmiş və göz dağı kimi ortalıqda qalmış çoxmərətəbəli yaşayış binalarının dağılıb getməsinə susurlar... 

***

Hacı isə, təkrar edirik, təkcə dastana dönmüş adının yazıldığı məqalələrdən-təriflərdən deyil, həm də hər səhər yediyi qara ikra və içdiyi konyakdan meyxoş olmuşdu. “Yeni Musavat”da az qala hər gün Hacı İbrahimi göyün 270-ci mənzil mərtəbəsinə qaldıran məqalələrin birini xatırlayırıq. Deyirdi ki, “Mən hər səhər qara ikra ilə konyak içib sonra işimə başlayıram…” Təxminən belə.

 “Təzadlar”ın əməkdaşları Hacı İbrahimin “Xəzər adaları” xarabalığından reportaj hazırladı…

 Qısa olaraq deyək ki, vikipediyada “Xəzər adaları”nın tikintisi barədə belə yazılır: “…Tikintiyə 2011-ci ilin mart ayında başlanılıb. “Xəzər adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəridir. Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunur. Bu məbləğin yarısı xaricdən cəlb olunacaq, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcək. "Avesta" şirkətinin prezidenti İbrahim İbrahimovun sözlərinə görə Amerika, Türkiyə, ərəb və Çin investorları layihəyə maraq göstərirlər. 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı bəlli oldu. Həmin ay Qətərin dövlət şirkətinin layihəyə 1 mlrd. dollar yatıra biləcəyi məlum oldu. 2013-cü ilin yanvar ayında, AzərTAc agentliyinin verdiyi məlumata görə, layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdır. Müqavilənin ilkin dəyəri 510 milyon avrodur. Martın 2-si məlum oldu ki, Kanada dövlət agentliyi "Export Development Canada" tikinti layihəsinin reallaşdırılması üçün 4 milyard dollaradək məbləğdə kredit ayıracaq. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı olub.Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir. “ Sonra isə yazılır: Xəzər Adaları”nın tikintisi 2015-ci ildən dayandırılmışdır”.

Daha bir məqam: “Xəzər adaları”, yaxud bu layihənin təxminən 1.2 milyard dollara başa gələn hissəsi, sən demə, yüz milyonlarla dollar kredit əvəzində Azərbaycan Beynəlxalq Bankında girov qoyulub. Bankın keçmiş rəhbərliyi iqtisadi səmərəliliyi böyük şübhə doğuran bu layihəyə yüz milyonlarla dollar dövlət vəsaitini axıtmışdı. Niyə???

 Sonradan 2015-ci ildə “kredit oliqarxları”nın ovu başlayanda "Avesta" şirkətinin rəhbəri Hacı İbrahimi də həmin pullara görə “Bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparmışdılar, amma pullar çoxdan dənizə axıdılmışdı və onların geri qaytarılması qeyri-real idi. Belə vəziyyətdə bankda girov olan “Xəzər adaları” layihəsi də Beynəlxalq Bankın problemli kreditlərinə görə girov qoyulmuş digər aktivlər kimi “Azəraqrarkredit” ASC-nin balansına verilir. Daha sonra isə kompleks “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına ötürülür.  “Azərbaycan Sənaye Korporasiyası” layihə üçün xarici investor axtarsa da, 2021-ci il aprel ayına qədər bu layihə ilə heç bir investor maraqlanmayıb. 2019-cu ilin iyul ayında isə Hacı İbrahim açıqlayır ki, daha onun dövlətə “bir qəpik də olsun” borcu qalmayıb. Çünki “Xəzər adaları”nı dövlətə verib.

Sual olunur: dövlətə belə bir layihə və ya sınıq-salxaq, aşınıb məhv olmaqda olan göydələnlər niyə və nəyə lazımdır??? Dövlətin indi Qarabağın erməni işğalından azad edilmiş ərazilərində quruculuq işlərinə başı qarışıb, Hacı İbrahimin bu başabəlalı layihəsi heç kimi maraqlandırmır da.

Amma günün sualı budur ki: axı "Xəzər adaları" “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilibsə, deməli, ASC rəhbərliyi milyardlar xərclənib indi göz dağı kimi ortalıqda qalmış bu ölü mirasa sahib durmalıdır. Hər gün açıq havada çürüyüb gedən mal-materiallara heyifləri gəlmirmi???  

 Bu da Hacı İbrahimin dövlətə verdiyi 1,2 milyard dollarlıq xarabalığı…

 Vaxtilə bu barədə yazmışdıq. Bu günlərdə yenidən həmin obyektə baş çəkmək qərarına gəldim... Heç nə dəyişməyib: həmin xarabalıqdır. Sadəcə, adamın heyfi gəlir: axı bəzən banklar vətəndağı 100, 200 və ya 1000 manat kredit borcuna görə az qala ölüm həddinə çatdırır, əmlakına həbs qoyur və s. Milyardlar xərclənmiş-borc kimi ortada qalmış bu qədər mülkə-obyektə niyə yiyə durulmur??? Axı hər ötən gün Azərbaycanın maliyyəsində oturmuş bu tikinti bir az da dağılıb gedir...

***

...Hacı İbrahimin dövlətə verdiyini dediyi 1,2 milyard dollarlıq xarabalığına baş çəkəndə min dəfə təəssüf hissi keçirdim. Bakı-Ələt avtomagistralının 25-ci km-də, yolun solunda hər kəsi uzaqdan-Xəzərin sahilindən “salamlayan” bu tikinti xarabalığı 2011-ci ildən qalmadır. Əvvəlcə Hacı İbrahimi əfsanələşdirən, bu layihəni tərifləyib Hacı İbrahimlə birgə göylərə qaldıranlar isə 2015-ci ildən bu yana susur. Niyə? Dövlətimiz və cəmiyyətimiz üçün göz dağı olan bu layihəyə ayrılan pullardan indi fotoşəkillərdə gördüyünüz bu xarabalıqlar qalıb. Və həm də vaxtilə yolun kənarında axşamlar rəngli işığa qərq olan bahalı palma ağaclarından isə indi quruca kötük diqqəti çəkir. Hacı İbrahim vaxtilə qəzetlərin birinə müsahibəsində bu palmaların birini on min manata Dubaydan alıb gətirtdiyini demişdi: 25 palma ağacları da məhv olub getdi…

***

Təxminən 4 ay əvvəlki günləri xatırlayıram. “Xəzər adaları”na gedən yol və şlaqbaum… Məftillə bağlanmış yolun və şlaqbaumun arxasındakı “Ala qapı”nın ətrafından başlayan xarabalıqların izi tikintisi yarımçıq qalmış, uzaqdan miskin görkəmi ilə diqqəti çəkən çoxmənzilli binanın karkasına kimi uzanıb gedir. Yanında pas atıb qalmış kranın irəli uzanmış qülləsi isə, sanki onu izləyənlərə uzaqdan uzanan qolları kimi “Məni xilas edin” deyir… Gözümüzə dəyən canlı isə bir bikef gözətçi və onun gözü yemək axtaran iti idi. Qapıçı ilə söhbət edirik:

-Yol niyə bağlıdır? Qabağa getmək olmaz ki?

-O tərəfdə heç kim yoxdur, ona görə bağlamışıq.

-Bəs tikintidə iş getmir?

-Yox, hər şeyə həbs qoyulub… Burada bir mənəm, bir də itim…

-Bəs Hacı İbrahim hardadır, gəlmir?

-(Gülür). Nəyə gəlsin, bu xarabalığa???

*** 

Vaxtilə Hacı İbrahimin avtomobili gələndə bu şlaqbaumun yanında 6-7 nəfər dayanardı. İndi isə, bir it var, bir də bikef gözətçi qalıb.Təəssüflər. Bizə neçə gün əvvəl orada olanda əmək haqqı borcunun izi ilə buraya gəlmiş bir usta isə dedi ki, 2015-ci ildən yarımçıq qalmış tikililərin monolit beton arakəsmə hissəsi Xəzərin nəmişliyindən ovulub tökülür, ömrünü başa vurur.

 Belə çıxır ki, “Xəzər adaları”nı balansına götürmüş  “Azərbaycan Sənaye Korporasiyası” ASC bu qalıqları söküb-töküb yerində nəsə inşa edəcək. Bu qədər dövlət vəsaiti niyə Hacı İbrahimin xarabalıqlarında güdaza getməlidir? Bəli, Qarabağın indiki quruculuq işlərinə dəstək vermək üçün “Yaşat” Fondu yaradılıb, ianələrin qəbul edildiyi bir vaxtda, Haci İbrahimin 1,2 milyardlıq xarabalığına baxıb köks ötürməkdən başqa bizə nə qalır? Mətbuatın yazdığına görə, Hacı İbrahimin Türkiyədə və digər Avropa ölkələrində, eləcə də Rusiyada yüz milyon dollarlıq əmlakları var. Azərbaycan dövləti niyə bu əmlakları müsadirə etdirmir? Belə çıxır ki, dövləti aldat, milyardları mənimsə, sonra belə bir xarabalığı qoy get öz istirahətinə?!

Hesab edirəm, aidiyyəti dövlət qururmları nə qədər gec deyil, Xəzərin sahilində atılıb qalmış bu göydələnlərə sahib çıxmalı, məhv olmamış ondan müəyyən faydalara istifadə etməlidir...

Asif Mərzili

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.4).

Pin It

CƏMİYYƏT

04-Sent-2024 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

04-Sent-2024 By Yasemen Memmedov

BAKIDAKI TOZ TÜRKMƏNİSTANDAN GƏLİR, YOXSA…

Bir müddətdir ki, Bakıda və Abşeron yarımadasında

30-Avq-2024 By Elbar Şirinov

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYATDA OLAN ZABİTİ…

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yana

SİYASƏT

05-Sent-2024 By Yasemen Memmedov

İLHAM ƏLİYEVİN İTALİYA PREZİDENTİ İLƏ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

05-Sent-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV ROMADA İTALİYANIN…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

02-Sent-2024 By Elbar Şirinov

MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN İLKİN…

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir P

30-Avq-2024 By Elbar Şirinov

ELNUR MƏMMƏDOV İƏT XARİCİ İŞLƏR…

29-30 avqust 2024-cü il tarixində İslam Əməkdaşlıq

30-Avq-2024 By Yasemen Memmedov

MİNSK QRUPU LƏĞV EDİLMƏLİDİR -…

 ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsis

MƏDƏNİYYƏT

06-Sent-2024 By Yasemen Memmedov

""KOMEDİXANADA" PARÇALANMA OLDU - YARADICILIQ…

"6 il "Komedixana"da çalışdım. Biri var işçi, biri

06-Sent-2024 By Yasemen Memmedov

HÜSEYİN PAMUKÇU AZƏRBAYCAN MƏTBƏXİNİN ZƏNGİNLİYİNDƏN…

Son illərdə Azərbaycanda eksperimental qastronomik

06-Sent-2024 By Yasemen Memmedov

BU GÜN UNUDULMAZ AKTYOR İLHAM…

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar

06-Sent-2024 By Yasemen Memmedov

HÖKMƏLİ QƏSƏBƏSİNDƏKİ ANTİSANİTARİYAYA ƏNCAM ÇƏKİLDİ…

Vətəndaş təəssübkeşliyi həmişə aktualdır.

06-Sent-2024 By Yasemen Memmedov

ŞUŞADA BEYNƏLXALQ QASTRONOMİYA GÜNÜ KEÇİRİIİR-…

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

05-Sent-2024 By Elbar Şirinov

YAZIÇI DOSTOYEVSKİNİN NƏVƏSİ DÜNYASINI…

Yazıçı Fyodor Dostoyevskinin yeganə nəvəsi Dmitri

KRİMİNAL

05-Sent-2024 By Elbar Şirinov

ÖTƏN GÜN İKİ KİLOQRAMDAN…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

04-Sent-2024 By Elbar Şirinov

15 KİLOQRAMADƏK NARKOTİK VASİTƏ QANUNSUZ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

03-Sent-2024 By Asif Memmedov

CİNAYƏT TÖRƏDİB ARADAN ÇIXDILAR, AMMA...

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

07-Sent-2024 By Yasemen Memmedov

DEPUTATLIĞA NAMİZƏD SƏRBƏST BURAXILIB

Ötən gecə saat 23.00 radələrində deputatlığa namiz

06-Sent-2024 By Elbar Şirinov

BU SƏBƏBDƏN BRİTANİYALI MƏHBUSLAR…

Həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük

06-Sent-2024 By Elbar Şirinov

BRİKS SAMMİTİNDƏ ERMƏNİSTANI PAŞİNYAN TƏMSİL…

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda K

06-Sent-2024 By Elbar Şirinov

PENTAQON: S-300 VƏ R-27 RAKETLƏRİ…

ABŞ avropalı tərəfdaşları ilə birlikdə Ukrayna ilə

06-Sent-2024 By Elbar Şirinov

ŞAHZADƏ HARRİ KRAL AİLƏSİNƏ QAYITMAQ…

III Çarlzın kiçik oğlu Şahzadə Harri yalnız qardaş

06-Sent-2024 By Elbar Şirinov

BAYDEN UKRAYNA ÜÇÜN YENİ MÜQAVİLƏ…

ABŞ prezidenti Co Bayden Ukraynaya 250 milyon doll

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

05-Sent-2024 By Elbar Şirinov

AQTA-DA TÜRKİYƏDƏN OLAN MÜTƏXƏSSİSLƏR VƏ FAO-NUN…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Age

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

06-Sent-2024 By Elbar Şirinov

"…

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə s

TƏHSİL

06-Sent-2024 By Yasemen Memmedov

ALİ MƏ…

16 nəfər  BANM-a müsabiqədənkənar qəbul olub