ERMƏNİLƏR İTKİN DÜŞMÜŞ HƏRBÇİMİZİ ƏSİR GÖTÜRƏRƏK İŞGƏNCƏ VERİBLƏR - AZƏRBAYCANDA CİNAYƏT İŞİ AÇILDI
Bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.