İsveç Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyinin nümayəndələri artıq Ukraynadadırlar.

Tezadlar.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Conson “The Kyiv Independent”ə müsahibəsində bildirib.

Nazir departamentin nə qədər nümayəndəsinin Ukraynada olduğunu və onların ölkəyə nə vaxt gəldiyini açıqlamayıb. Eyni zamanda, o qeyd edib ki, İsveç Ukrayna hərbçilərinə Ukrayna ərazisində təlim keçmək imkanını istisna etmir.

“Biz bu məsələdə birliyə gələ bilsək yaxşı olardı, hazırda Avropanın müxtəlif yerlərində bu məsələ müzakirə olunur”, - Conson deyib.

2024-cü ildə Ukrayna adı açıqlanmayan İsveç şirkəti ilə ilk birbaşa silah alqı-satqısı müqaviləsini imzaladı. Açıqlamada müqavilənin təfərrüatları göstərilməyib. Müqavilə İsveç Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin yardımı ilə bağlanıb. Müqavilə 2023-cü ilin yayında Vilnüsdə NATO-nun sammitində İsveç Nazirliyi ilə Ukrayna Müdafiə Təchizatları Agentliyi arasında qurulan əməkdaşlıq çərçivəsində imzalanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN