349 MİLYON MANAT GÖYƏ SOVRULDU – PALATANIN NƏZARƏTİ NİYƏ ZƏİFDİR?
“AUDİT ÇƏRÇİVƏSİNDƏ YOXLANILMIŞ HƏR 100 MANATIN 21 MANATINDA POZUNTU AŞKARLANIB”
“AUDİT ÇƏRÇİVƏSİNDƏ YOXLANILMIŞ HƏR 100 MANATIN 21 MANATINDA POZUNTU AŞKARLANIB”
Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik.
…Hər gün səhər saat 08-də Azərbaycanın ana TV-si saatın 08:00 olduğunu elan edir, ardınca isə Dövlət Himnimizin səsi bütün ölkəyə, daha dəqiq desək, bütün dünyaya yayılır…
"Bəli, onlar 136 gündür tarix yazırlar...
BMT Təhlükəsizlik Şurasının Rusiyanın sədrliyi ilə Nyu-Yorkda keçirilən “BMT Nizamnaməsinin prinsiplərinin qorunması vasitəsilə səmərəli çoxtərəflilik” mövzusunda keçirilən iclasında xarici işlər naziri Sergey Lavrov Ukraynadakı müharibənin səbəbləri ilə bağlı mübahisələrə yol açan fikirlər səsləndirib. O, deyib ki, məcburi “xüsusi hərbi əməliyyat”ın səbəbi NATO-dan gələn təhdid olub ki, bu da Rusiyanı qorumaq və hüquqlarından məhrum edilmiş insanların müdafiəsi zərurətinə çevrilib. Lakin o, hansı hüquqlardan danışdığını dəqiqləşdirməyib. Sitat: “Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərini aydın şəkildə izah edib: NATO ölkələrinin birbaşa sərhədlərimizdə təhlükəsizliyimizə yaratdığı təhdidləri aradan qaldırmaq, hüquqlarından məhrum edilmiş insanları qorumaq. Biz nəyin və kimin uğrunda mübarizə apardığımızı səmimi şəkildə deyirik”.
Lavrovun bu çıxışı ciddi müzakirələrə yol açıb. Belə çıxır ki, Rusiya özünü NATO qorxusundan müdafiə etmək NATO ilə deyil, Ukrayna ilə müharibəyə girişib, açığını Baydendən deyil, Zelinskidən çıxmaq qərarını verib... Və nazirin bu çıxışını qeyri-ciddi mövqe kimi sərt tənqid edənlər durmadan artır...
A.Məmmədli