Artıq bir müddətdir Putinə qarşı çevriliş ediləcəyi ehtimallarından danışılır… Məlum olur ki, Rusiyada dövlət çevrilişi baş verəcəyi təqdirdə Putinin yerinə kadrlar hazırlanır.

Xatırladırıq ki, hələ bu ilin oktyabrın 26-da Moskvanın mərkəzində hərbi texnika və silahlı şəxslər peyda olmuşdu ki, bunu Federal Təhlükəsizlik Xidməti (FTX) terror təhlükələrinin zərərsizləşdirilməsi və yuxarı orqanların obyektlərinin mühafizəsi üzrə hansısa planlı taktiki təlimlərin keçirilməsi ilə izah etmişdi.

Tezadlar.az Rusiyanın müxalifət nəşri olan «The Insider»ə istinadla bildirir ki, sən demə, Putinin mühafizəçiləri Rusiya prezidentini çevrilişdən qorumağa hazırlaşır və bu taktiki təlimlər FTX-nin işə qarışacağı təqdirdə xüsusi tədbirlərin kiçik bir hissəsidir. Nəşrin əldə etdiyi sənəddə deyilir ki, dövlət çevrilişi zamanı Rusiya Federasiyasının birinci şəxslərinin müdafiəçiləri depressiya, təcrid, hakimiyyətin hərəkətlərinin düzgünlüyünə dair qeyri-müəyyənlik, qorxu və həyatları üçün həyəcan hissi keçirə bilərlər.

“The Insider” yazır ki, Rusiya Federasiyasında onlar medianın, sosial şəbəkələrin, dini qurumların və hətta hipnozun Kreml hakimiyyətinə qarşı istifadə olunacağından qorxurlar. «…Bunun qarşısını almaq üçün FTX  gənc işçilərlə məxfi söhbətlər və həftəlik siyasi dərslər, eləcə də məbədə kollektiv səfərlər etməklə “əks-naviqasiyadan” istifadə etməyi təklif edib. Bundan başqa, dövlət çevrilişi edəcək xarici kəşfiyyatçılar zabitlərin qohumlarının yanına gedə bilərlər. “Düşmən”in hipnoz qabiliyyətinə malik olması xüsusi vurğulanır. Rusiyadakı sosial şəbəkələr və hipnozla yanaşı, düşmənin daha "mürəkkəb" üsullardan istifadə etmək niyyətində olduğuna inanırlar: səs və vizual effektlər yaratmaq funksiyalarını ehtiva edən proqram və psixo-korreksiyaedici oyunlar, həmçinin kimyəvi və bioloji formulalar. psixoloji fəaliyyət bura daxildir…», -deyə nəşr yazır. Və onu da əlavə edir ki, FTX-nin direktor müavini, yüksək məxfi təhlükəsizlik zabitlərinin üzvü olan general Aleksandr Komov planın həyata keçirilməsinə birbaşa cavabdehdir və onun haqqında açıq məlumat çox azdır. Mətbuatda yayılan məlumatlara görə isə, generalın təkcə sayıqlığını artırması deyil, həm də astroloqların və ekstrasenslərin məsləhətlərinə diqqətlə qulaq asdığı ​​iddia edilir. Sitat: “Onlardan bəziləri Yeltsinin şəxsi mühafizəsinin rəhbəri olmuş Aleksandr Korjakov əvvəllər Yevgeni Murovun məsləhətçisi olub, indi isə FTX-nin  hazırkı rəhbərliyinə proqnozlar və məsləhətlər verir”.

 Nəşr onu da əlavə edib ki, bu ilin oktyabr ayında Rusiya prezidenti Vladimir Putin  hakimiyyətdən kənarlaşdırılacağı təhlükəsini nəzərə alaraq elit rus ordusunun hissələrini Moskvaya gətirdiyi bildirilir. General-mayor Nikolay Kuznetsovun komandanlığı altında olan bu ordu hərbçilərin ümumi sayı isə nə az, nə çox-18 min nəfər olduğu bildirilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN