Qəzetin əməkdaşı Aygül Bağırova Prezidentə müraciət etdi: «Kabinetlərdə hələ də Ramiz Mehdiyevin kitabının portretini saxlayan, mənə həmişə "Sən bura pulsuz gəlmisən" deyən Bəxtiyar Sadıqov mənimlə 6 aylıq müqavilə bağlasa da, əmək müqaviləsinin nüsxəsini mənə vermir…»
«Azərbaycan» qəzetində daha bir qalmaqal baş verib. Redaksiyamızla bu dəqiqələrdə telefon əlaqəsi saxlayan qəzetin əməkdaşı Aygül Bağırova onu işdən çıxarma ilə hədələyən, onunla «yad qonaq» kimi davranan millət vəkili, qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdan Prezidentə şikayət etdi: «Cənab Prezident! Bəxtiyar Sadıqov mənimlə 6 aylıq əmək müqaviləsi bağlayıb. Lakin bu günədək əmək müqaviləsinin nüsxəsini mənə təqdim etmir. Hər gün məni işdən çıxarmaqla hədələyir. Hələ də kabinetlərdə Ramiz Mehdiyevin portretini gəzdirən Bəxtiyar Sadıqovun redaksiyasında baş verənlərin... canlı şahidi olduğumdan məni gözümçıxdıya salıblar. Hər gün işə gələndə mənə ərizə yazıb işdən getməyimi deyirlər. B.Sadıqovun müavini olan İxtiyar Hüseynlinin məndən aldığı pulun qəbzini də Sizə təqdim edəcəyəm. O, mənim indiyədək təqdim etdiyim çoxsaylı məqalələrimin heç birini çapa vermir, nə istədiyini hələ də bilmirəm. Bu gün isə məni elə əsəbi vəziyyətə saldılar ki, təcili yardım çağırtdırmışam. Bu insanlar mənim həyatımla oynayırlar.
Cənab Prezident! Xahiş edirəm, kömək edin. Deputat Bəxtiyar Sadıqovun rəsmi qəzeti nə hala gətirdiyinin qarşısını almaqda biz vicdanlı jurnalistlərə kömək edin. O, mənim Mehriban xanım Əliyeva haqqında yazdığım sonuncu kitabımın intriqasını aparır. Artıq bıçaq boğaza dirənib…».
Daha geniş yazı az sonra təqdim ediləcək…
«Təzadlar»ın Araşdırma Qrupu