booked.net booked.net  

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.

Tezadlar.az Ria Novosti-yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Məlumat üçün bildirək ki, ötən gün Rusiya Patriarxı Kirill “Milad bayramı barışığı” ideyası ilə çıxış edib. O, pravoslavların Milad bayramı ərəfəsində və Məsihin doğuşu günündə ibadətdə iştirak etmələri üçün atəşkəs elan olunmasını xahiş edib.

Vladimir Putinin bu qərraı ölkə əhalisi tərəfindən sevinclə qarşılanıb, hərbçi ailələrinin mediadakı rəylərində isə qeyd olunur ki, kaş bu qərar həkişəlik ola, müharibə dayandırıla. Hətta Putinə bu arzularla çoxsaylı teleqramlar da göndərilib...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN