Dağıstanın təhsil və elm nazirinin keçmiş müavini 60 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RF İK-nin mətbuat xidməti məlumat yayıb.

“Xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinən Dağıstan Respublikasının keçmiş təhsil və elm nazirinin müavininə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) qarşı cinayət işi başlanıb”, – məlumatda deyilir.

İstintaqın məlumatına görə, şübhəli şəxs 2013-cü ildən 2023-cü ilədək nazirliyin tabeliyində olan obyektlərdə təmir-tikinti işlərinin aparılması üçün dövlət müqavilələrinin bağlanmasına köməklik göstərdiyi üçün kommersiya təşkilatının rəhbərindən 60 milyon rubl məbləğində rüşvət alıb. Ümumilikdə, dəyəri 160 milyon rubldan çox olan 15 müqavilə bağlanıb.

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin respublika üzrə əməkdaşları ilə əməkdaşlıq çərçivəsində şübhəli şəxs saxlanılıb. Hazırda araşdırmalar aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN