ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk seçilməsindən səkkiz il sonra yüksək enerji və dözümlülüyünü qoruyub saxlayır.

Tezadlar.az xəbər verir ki, bu barədə tibbi qiymətləndirmələri təqdim edən “Fox News” məlumat yayıb.

Kanal qeyd edib ki, 78 yaşlı Tramp 2024-cü ilin mart ayının ortalarında namizədliyini elan etdiyi andan noyabrın 5-də keçiriləcək seçkilərə qədər 120-dən çox kampaniyada iştirak edib.

“Onun 7 ay ərzində 120 tədbirə qatılması – tez-tez müxtəlif ştatlarda bir gündə bir neçə dəfə keçirilən mitinqlər – Trampın həm əqli, həm də fiziki dözümlülüyünə inandırıcı sübutdur”, - uzunömürlülük üzrə ixtisaslaşmış Florida neyrocərrahı Brett Osborne “Fox News Digital”-a danışıb.

Tramp oktyabrın sonunda amerikalı teleaparıcı Co Roqanla müsahibə zamanı səhhəti ilə bağlı mövzunu qaldırıb. ABŞ-ın yeni seçilmiş prezidenti sağlamlığının yaxşı olmasını “genetika” ilə əlaqələndirib və əlavə edib ki, qolf oynamaq ona konsentrasiyanı yaxşılaşdırır və yaxşı zehni stimullaşdırır. O, əvvəllər də siqaret çəkmədiyini və spirtli içki qəbul etmədiyini bildirib.

“O, ailəsi və dostları ilə sıx əlaqələr saxlayır və sıx iş qrafikinə malikdir”, - Osborne davam edib. - "Sosial fəaliyyət və zehni stimullaşdırma demans riskinin aşağı olması ilə güclü şəkildə əlaqələndirilir və Trampın ciddi gündəlik rejimi çox güman ki, onun bilişsel sağlamlığını dəstəkləyir".

Digər mütəxəssis, Nyu Yorkdakı NYU Langone Health akademik tibb mərkəzinin professoru Mark Siegel də seçilmiş prezidentin inkişaf etmiş idrak qabiliyyətlərini qeyd edib. O əlavə edib ki, Tramp bir neçə koqnitiv testdən keçib.

Eyni zamanda, “Fox News” vurğulayır ki, Osborne və Siegel Trampı şəxsən müayinə etməyiblər və onun müalicə edən həkimləri deyillər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN