500 min manatdan artıq rüşvət verib icra başçısı olmaq istəyən Qurban Piriyevi bu vaxtadək kimlər və necə qoruyublar?
...Qurban Piriyevin həyat yoldaşı Təranə Piriyevanın və onu icra başçısı göndərməkdə vasitəçi olan Hürü Əmiraslanovanın (Balakəndə hamı onu Cəmilə kimi tanıyıb) öz həyatlarına qəsd etmələri niyə sonadək araşdırılmayıb?
 Bunları bilmək istəyənlər tanınmış vəkil Aslan İsmayılovun aşağıdakı yazısını sona qədər oxumalıdırlar: 
...Bir müddət əvvəl yazmışdım ki, ölkədə törədilən cinayətlərin az qala yarısı dələduzluqla bağlıdır və bu halın günahkarları da hüquq-mühafizə orqanlarıdır. Yazdığımın və dediklərimin məsuliyyətini dərk edən insanam. Bu fikri bir daha təsdiq edib deyirəm ki, dələduzluq törətmiş şəxslər əmindirlər ki, dələduzluq yolu ilə əldə etdiklərinin bir qismini orqanlara rüşvət kimi verib azadlıqda qalacaqlar. Həm də söz vermişdim ki, dediklərimi konkret faktlarla Sizə çatdıracam.  
 Balakən rayonunda Piriyevlər 5 qardaş, 2 bacı olublar və bunların hamısının ev-eşik olmalarına kömək edən onların böyük qardaşı Fərman Piriyev olmuşdur. F.Piriyev Balakən rayonunda kasıb ailədə doğulmuş, 1983-cü ildən həmkəndlilərinə qoşulub Rusiyanın Tümen vilayətinə işləməyə getmişdir. F.Priyev sonralar orada ailə qurmuş, uğurlu biznes təşkil etmiş və çox imkanlı iş adamı kimi tanınmışdır. O, ailənin böyük övladı kimi özündən kiçik olan bacı və qardaşlarına maddi baxımdan dəstək olmuş və onların iş, mənzil və.s təminatında birbaşa istirak etmiş, həmçinin çoxsaylı həmvətənlərinin Rusiyada işlə təmin edilməsinə köməklik göstərmişdir. F.Piriyev vətənində özünə əmlak almaq üçün qardaşı Qurban Piriyevə külli miqdarda pul vəsaiti göndərmişdir. Onun göndərdiyi vəsaitlər hesabına Q.Piriyev böyük qardaşı F.Piriyev üçün çox sayda əmlak almışdır. F.Piriyev Azərbaycanda yaşamadığından və bura vətəndaşı olmadığından o, əmlakları qardaşları Qurban və Kənan Piriyevlərin adına rəsmiləşdirmişdir.
 F. Priyev qardaşlarına etibar etdiyindən əmlakların kimin adına olması ilə heç vaxt maraqlanmamışdır. F.Priyevin iş adamı olması və onun Azərbaycanda çox sayda əmlak almasını qardaş-bacıları, qohumları, qonşuları və demək olar ki, Balakən əhalisinın əksəriyyəti də bilmişdir. F.Priyevə məxsus əmlaklar onun razılığı ilə Qurban və Kənan Priyev tərəfindən icarəyə verilmişdir. İcarə gəlirləri ilə bağlı F.Priyevə məlumat verilsə də, onun maddi imkanı yaxşı olduğundan heç vaxt icarədən gələn pulları tələb etməmişdir. 
dollar-manat-kurs
 ...Əvvəllər iqtisadi böhran, ardınca koronavirus pandemiyası və sonra Rusiya-Ukrayna müharibəsi F.Piriyevin biznesini tamamilə çökdürmüşdür. Bir neçə il əvvəl ilk dəfə F.Piriyev qardaşı Q.Piriyevdən əmlakları onun adına keçirməsini xahiş etsə də, Q.Piriyev onun bu istəyinə məhəl qoymamışdır. Q.Piriyevin həyat yoldaşı Təranə Piriyeva özünə qəsd  etməmişdən bir müddət əvvəl F.Piriyevə “qardaşlarına etibar etməməsini və əmlaklarını öz adına keçirməsini” bildirmişdir. 2018-ci ildə T.Piriyeva ərinin ona qarşı haqsız əməllərinə dözməyərək həyatına qəsd etmişdir. Dəfnə gələn F.Piriyev qardaşına bütün əmlakları onun adına keçirməsini təkrar bildirdikdə Q.Piriyev “sən dəfnə gəlmisən, bu nə basabasdır?!” deyərək, həmin vaxtdan sonra da müxtəlif bəhanələrlə bu məsələnin həll edilməsini yubatmışdır. Burada qeyd edim ki, F.Piriyevin 2 oğlu gözdən əlildir, o və ailəsi hazırda vaxtı ilə kömək etdikləri şəxslər hesabına yaşayırlar. 
***
 Qurban və Kənan Piriyevlərin qardaşları F.Piriyevə məxsus əmlakları ələ keçirilməsi ilə bağlı 07.07.2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişəm. Qurban və Kənan Piriyevlərin böyük qardaşlarının əmlaklarını ələ keçirmələrini doğma bacı-qardaşları və 10-dan çox şahid dəfələrlə polis və prokurorluqda ifadələri ilə təsdiq ediblər ki, sadalanan əmlaklar məhz Fərmanın pulu ilə onun özü üçün alınıb. Şahidlərin bir çoxu öz vəsaitləri hesabına Sibirdən ifadə vermək üçün Bakıya gəlmişdirlər. İstintaq orqanına Q.Piriyevin Fərmandan aldığı pulları hara və necə xərclədiyi, o cümlədən ona alınan əmlaklara hansı məbləğləri ödədiyi barədə əlyazmaları da təqdim edilib. Ən maraqlısı isə istintaqa təqdim etdiyimiz səs yazılarıdır. Q.Piriyevin oğlu Natiq Piriyevin əmisi F.Piriyev ilə olan səs yazısında O, dəfələrlə demişdir: “əmi, bilirəm bütün əmlaklar sənindir, ancaq atam indi tərslik edib əmlakları qaytarmaq istəmir, sən bir müddət də döz, mən həmin əmlakların hamısını sənə qaytaracağam”. 
Q.Piriyev və oğlu N.Piriyevin bu məsələnin həllini uzatmaları ona görədir ki, F.Piriyevin səhhətində ciddi problem (prostat xərçəngi xəstəliyi) var. Ən dəhşətlisi isə odur ki, Natiq əmisinə üstüörtülü şəkildə hədə-qorxu gələrək deyir: “sən heç nə əldə edə bilməyəcəksən, hara şikayət etsən də, elə sənin əmlaklarını satıb həmin orqanların rüşvətini verib məsələni bağlayacağıq”. İş üzrə səs yazıları bir daha təsdiq edir ki, əmlaklar F.Piriyevə məxsusdur və Qurban və Kənan Piriyev qardaşları onlara etibar edilmiş əmlakı dələduzluq yolu ilə ələ keçirmişlər.  Bu işlə bağlı dəfələrlə Baş Prokurorluğun çox sayda vəzifəli şəxslərinin, o cümlədən Baş Prokuror K.Əliyevin qəbulunda olmuşam, çünki DİN Qurban və Kənan Piriyevlərin əməlində cinayət tərkibi olduğunu qəbul edib cinayət işinin qaldırılması üçün işi Baş Prokurorluğa göndərsə də, hər dəfə Baş Prokurorluq Q.Piriyev və K.Piriyevin əməllərində cinayət tərkibi yoxdur deyib, cinayət işinin qaldırılmasına razılıq verməyib. Halbuki, təkcə səs yazıları Q.Piriyevin dələduzluq etdiyini sübut etməyə kifayətdir.
 Bir ildən artıq müddətdə Baş Prokurorluğu inandıra bilmədim ki, Q.Piriyev dələduzluq cinayəti törətmişdir. Prokurorluq hesab etdi ki, Q.Piriyev peyğəmbər övladıdır və verdiyi 500 mindən artıq pulu da, Gürcüstanda və Azərbaycanda olan on milyonlarla dəyəri olan var-dövləti də Cavid Qurbanovun yanında alın təri ilə qazanıb.
P.S. Bu işlə bağlı Baş Prokurorluğa müraciət edəndə hələ Hürü Əmiraslanova həyatına qəsd etməmişdi. Qurban Piriyevin icra başçısı getmək üçün 500 min manatdan artıq rüşvət verməsini, Q.Piriyevin həyat yoldaşının da öz həyatına qəsd etdiyini görüşdüyüm bütün şəxslərə demişdim...
***
"Təzadlar"dan: haqqın.az saytı da bu barədə ötən gün maraqlı məlumat yayıb. Sitat:В ближайшее время перед судом предстанут бывший заместитель начальника Управления полиции Министерства внутренних дел по воздушному транспорту полковник Расим Илдырым, глава Общественного центра просвещения азербайджанцев мира Заур Мирзазаде и секретарь окружной избирательной комиссии Балакенского района Гошгар Мамедов. Все трое обвиняются в мошенничестве на сумму более полумиллиона манатов.
Как сообщает корреспондент haqqin.az, стали известны некоторые детали уголовного дела. Расим Илдырым находился в розыскe и скрывался от следствия. В декабре прошлого года его задержали сотрудники полиции, и дело вновь передали в производство. Решением суда в отношении него, а также Заура Мирзазаде и Гошгара Мамедова была избрана мера пресечения в виде ареста, однако позже они были отпущены под подписку о невыезде. Потерпевшим по делу проходит Гурбан Пириев, житель Балакенского района, ранее занимавший различные должности в государственных структурах. С фигурантами дела он познакомился через свою землячку Хуру Амирасланову. Несмотря на привлечение Амираслановой к ответственности по этому делу, производство в отношении женщины было прекращено в связи с ее смертью (по имеющейся информации, Амирасланова покончила с собой — прим. ред.). Как стало известно, обвиняемые обманули 62-летнего Гурбана Пириева, пообещав ему назначение главой одного из районов. Организатором преступления, по данным следствия, выступил Расим Илдырым, которому удалось убедить потерпевшего. Так, Илдырым представил Гошгара Мамедова как высокопоставленного сотрудника администрации президента, способного решить любые вопросы, а Заура Мирзазаде – как его подчиненного по имени Нихат. Поверив обещаниям, Пириев передал Расиму Илдырыму и его сообщникам более полумиллиона манатов, а также золотые украшения на 34 тысячи манатов. Осознав, что стал жертвой мошенничества, потерпевший спустя некоторое время подал жалобу в правоохранительные органы. Все обвиняемые не признали своей вины по предъявленным обвинениям. Отметим, что один из братьев Илдырыма — бывший прокурор Хатаинского района Юсиф Илдырымзаде, а другой — основатель ныне ликвидированного «Амрахбанка» Юнус Илдырымзаде".
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN